01 yanvar 2025 19:00
199

Azərbaycan XİN Sudanı təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Sudanı Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə səhifəsində paylaşım edilib.

“Sudanı Milli Günü münasibətilə təbrik edirik! Milli Günün mübarək, Sudan”, – yazıda qeyd olunub.

Qeyd edək ki, 1956-cı il yanvarın 1-də Sudan Böyük Britaniya və Misirin ortaq idarəsi altında olan protektorat statusundan çıxaraq müstəqilliyini elan etmişdi.