“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.
“İki sahil” klubun rəsmi saytına istinadən xəbər verir kli, 1-ci Liqada 11-ci turun dekabrın 24-də “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 9-da bir araya gələcək.
Komanda qış təlim-məşq toplanışını Qəbələdə gerçəkləşdirəcək. Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub. Bu matçların vaxtı və rəqiblər barədə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, "Qəbələ" 1-c liqada 11 turdan sonra 29 xalla vahid liderdir. Komanda mövsümün ilk yarısında qapısından qol buraxmayıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov