Yunanıstanın mərkəzində yerləşən qədim Meteora monastır kompleksinin yaxınlığındakı hoteldə yanğın baş verib.
“İki sahil” AP-a istinadən xəbər verir ki, yanğın nəticəsində hotelin sahibi ölüb. Qeyd olunur ki, eyvandan qaçmağa çalışan 55 yaşlı iş adamı yanğınsöndürənlər gələnə qədər yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.
Daha 11 nəfər xəsarət aldığı bildirilir. Onlardan 4-ü azyaşlıdır.
Xilasedicilər 26 nəfəri təxliyə ediblər, onlardan bəziləri kran vasitəsilə eyvanlardan qaldırılmalı olub.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb