30 dekabr 2024 22:55
156

"Betis" "Mançester Yunayted"lə danışıqlara başladı

"Betis" Antoninin icarəsi ilə bağlı "Mançester Yunayted"lə danışıqlara başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

İspaniya klubunda hesab edilir ki, braziliyalı vinger komandanın oyun tərzinə görə ideal seçimdir. Buna görə də "Betis"in  razılaşdırmanı rəsmiləşdirməyə çalışacağı bildirilib.

Bu mövsüm Antoni bütün turnirlərdə 13 matçda iştirak edib və 1 qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında Antoninin bazar dəyəri 20 milyon avrodur.