ABŞ-ın Los-Anceles Beynəlxalq Hava Limanında təyyarə qəzasının qarşısı alınıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, uçuş-enmə zolağına çıxan “Delta Air Lines”ə məxsus şəxsi təyyarəni havaya qalxarkən son anda qüllə tərəfindən dayandırılıb.
Belə ki, cümə günü Los-Anceles Beynəlxalq Hava Limanında baş verən insidentdə, “Delta Air Lines” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi havaya qalxarkən Qonzaqa Universitetinin kişi basketbol komandasını daşıyan “Key Lime Air” təyyarəsi uçuş-enmə zolağına daxil olub.
Yerə enən və darvazaya doğru hərəkət edən reaktiv təyyarənin irəlilədiyini görən qüllə təyyarənin pilotu ilə əlaqə saxlayaraq, “Dayan! Bu, kritik xəbərdarlıqdır!” - deyərək qəzanın qarşısını son anda alıb.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) insidentlə bağlı araşdırmalara başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb