"Qalatasaray" ulduz futbolçunu heyətinə cəlb etmək istəyir.
“İki sahil” xəbər verir ki, "Cim-Bom" "Atletiko"nun oyunçusu Tomas Lemar ilə yaxından maraqlanır. Bu barədə "Todofichajes" məlumat yayıb.
Fransalı tez-tez zədələndiyi üçün baş məşqçi Dieqo Simyone yarımmüdafiyəçinin komandadan aurılmasına icazə verib.
Paytaxt təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan Lemar bu mövsüm La Liqada cəmi 2 oyunda meydana çıxıb.
Qeyd edək ki, futbolçu 2018-ci ildə "Monako"dan 72 milyon avroya transfer edilmişdi. /Offsideplus.az