"Mançester Yunayted" futbolçusu Markus Reşforda qiymət qoyub.
“İki sahil” xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
"Qırmızı şeytanlar" 27 yaşlı hücumçuya 60 milyon avro transfer haqqı təyin edib.
Futbolçu ilə "Barselona", "Napoli", "PSJ", "Əl-Nəsr", "Əl-Hilal", "Əl-Əhli", "Əl-Kadisiyah" və "Arsenal" klubları yaxından maraqlanır.
İngiltərə Premyer Liqasının cari mövsümündə Markus 15 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.