23 dekabr 2024 19:19
113

Qətər Suriyada enerji sektorunun inkişafına sərmayə qoymağa hazırdır

Qətər rəhbərliyi Suriyanın enerji sektorunun, həmçinin liman infrastrukturu və hava limanlarının inkişafı üçün böyük vəsait ayırmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra Dəməşqdə Qətərin Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə danışıqların yekunu üzrə jurnalistlərə bildirib.

"Qətər tərəfi müxtəlif sahələrə, xüsusilə enerji sektorunun inkişafına böyük həcmdə sərmayələr qoymağa hazır olduğunu bildirib. Onların energetika sahəsində, həmçinin hava limanları ilə bağlı böyük təcrübəsi var", - o, deyib.