Türkiyədə təcili yardım helikopteri qəzaya uğrayıb.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, Muğla Təhsil və Araşdırma Xəstəxanasından havaya qalxan təcili yardım helikopterinin xəstəxana binasına çırpılıb.
Bildirilir ki, səhər saatlarında Muğladan Antalyaya havaya qalxan təcili yardım helikopteri havaya qalxdıqdan az sonra qatı duman səbəbindən xəstəxana binasına çırpılıb. Qəza xəbərinin ardından bölgəyə çoxlu tibbi və axtarış-xilasetmə qrupları göndərilib. Qruplar qəza yerində işlərini davam etdirərkən, vertolyotda olan iki pilot, bir həkim və bir heyət üzvü həlak olub.
Muğlada vertolyotun xəstəxana binasına çırpılaraq yerə düşmə anı xəstəxananın həyətində hərəkətdə olan taksinin kamerasına düşüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır
İsrail parlament seçkilərində 1981-ci ildən bəri ən yüksək seçici fəallığı qeydə alınıb