Nigerin şimalındakı Tilalaberi bölgəsində hərbçilərə hücum olub.
“İki sahil” xəbər verir ki, bu barədə Nigerin dövlət televiziyası məlumat yayıb.
Qeyd olunub ki, hərbi mövqelərə hücum nəticəsində dörd hərbçi həlak olub.
Hücumdan sonra təşkil edilən əməliyyat nəticəsində 29 terrorçu öldürülüb.
Bu, Tillaberi bölgəsində terrorçuların ay ərzindəki dördüncü hücumudur. Əvvəlki hücumlarda müvafiq olaraq 21 mülki şəxs, 10 hərbçi və 39 mülki şəxs həlak olub.