22 dekabr 2024 15:00
120

Deputat: Gürcüstanda yeni seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur

Gürcüstanda təkrar və ya yeni seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur. Beynəlxalq təşkilatların rəyləri də belə deməyə əsas verir.

“İki sahil” xəbər verir ki, bu sözləri mediaya açıqlamasında “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatı Tengiz Şarmanaşvili söyləyib.

Deputat prezident Salome Zurabişvilinin ATƏT/ DTİHB-in oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı yekun hesabatın tənqid etməsinə də cavab verib. Bildirilib ki, S.Zurabişvili yenə də öz mövqeyini "saxtakarlıq üzərində qurmağa çalışır".

Şarmanaşvilinin sözlərinə görə, ATƏT/ DTİHB-in hesabatında seçkilərin yenidən keçirilməsini tələb edəcək ciddi əsaslar yoxdur.

“Biz daha sərt iradlarla da rastlaşmışıq. Ancaq ümumi mənzərə göstərir ki, seçki administrasiyası çox yaxşı işləyib. Seçki zamanı pozuntular olub, lakin bu pozuntular nəticələrə mənfi təsir edəcək səviyyədə deyil. İndi isə bu hesabatdan istifadə edərək yeni seçkilərin keçirilməsi üçün əsas varmış kimi davranmaq tamamilə əsassızdır”, - deyə, T.Şarmanaşvili vurğulayıb.