16 dekabr 2024 16:16
279

Başqırdıstanda Rusiya imperiyasının bayrağı olan fotoya görə cinayət işi açılıb

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Başqırdıstan üzrə İstintaq İdarəsinin rəisi vəzifəsini icra edən İlyas Məssəlimova ekstremist qruplaşmanın hərəkətləri ilə bağlı cinayət işi başlamaq və istintaqın ilkin nəticələri barədə məlumat verməyi tapşırıb.

"İki sahil" "Kommersant"a istinadla xəbər veri ki, İstintaq Komitəsinin mətbuat xidməti qeyd edib ki, onun iştirakçıları təzyiq altında respublika sakinlərini Rusiya İmperiyasının bayrağı ilə dərc olunmuş fotoya görə açıq şəkildə üzr istəməyə məcbur ediblər.

Faktla bağlı Rusiya Respublikası İstintaq Komitəsinin İstintaq İdarəsi prosessual yoxlama aparır.