16 dekabr 2024 13:20
471

Baş nazir: Hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir

Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir.

“İki sahil” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir.