Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 14-cü turu çərçivəsində ilk dəfə məğlub olub.
“İki sahil” xəbər verir ki, münxenlilər dekabrın 14-də səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzublar. Ev sahiblərinin heyətində cənubi koreyalı Li Jae-Sunq matçın 41-ci və 60-cı dəqiqələrində dubl edib. “Bavariya” ancaq oyunun sonunda – 87-ci dəqiqədə Leroy Sanenin qolu ilə hesab arasındakı fərqi azalda bilib. Bu, Münxen təmsilçisinin cari mövsümdə Bundesliqada ilk məğlubiyyəti olub.
Bundesliqanın 14-cü turunun digər qarşılaşmalarında “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. Günün sonuncu görüşündə isə “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib.
Tura dekabrın 15-də keçiriləcək “Haydenhaym” – “Ştutqart”, “Borussiya Dortmund” – “Hoffenhaym” və “Leyptsiq – “Ayntraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ötən gün oynanılan açılış matçında “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.
Məğlubiyyətə baxmayaraq, “Bavariya” 33 xalla Bundesliqada liderliyini davam etdirir. Münxen təmsilçisindən dörd xal geri qalan “Bayer Leverkuzen” ikinci pillədədir. Sabah üz-üzə gələcək “Ayntraxt Frankfurt” 27 xalla üçüncü, “Leyptsiq” isə 24 xalla dördüncü sıradadır.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov