"Əl-İttihad"ın hücumçusu Kərim Benzema ötən mövsümün ən yaxşı fransalı futbolçusu sorğusunda "Real"dan Kilian Mbappeyə səs verməyib.
“İki sahil” xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.
Sözügedən nəşrin təşkil etdiyi mükafatlandırmada Benzema öz səsini "Real"dan Eduardo Kamavinqa, PSJ-dən Bredli Barkola və "Arsenal"dan Uilyam Salibaya verib. Bildirilir ki, buna səbəb fransa millisinin sabiq hücumçusunun Mbappeyə qarşı "dərin nifrət" bəsləməsidir.
Qeyd edək ki, sözügedən mükafatın qalibi Kilian Mbappe olub.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov