Misli Premyer Liqasında "Araz-Naxçıvan" "Sabah"a məğlub olub.
“İki sahil” xəbər verir ki, XVII turun oyununda bölgə təmsilçisi 0:1 hesabı ilə uduzub.
"Bayquşlar"ın heyətində yeganə qolu 78-ci dəqiqədə Coy Lens Mikels vurub.
Bu nəticənin ardından xallarının sayını 26-ya çatdıran "Sabah" turnir cədvəlində dördüncü sıraya yüksəlib. "Araz-Naxçıvan" isə 39 xalla liderdir.
Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" və "Səbail" kollektivləri qolsuz bərabərə qalıblar.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov