“Lənkəran” basketbol komandasında ayrılıq reallaşıb.
Klubdan “İki sahil”ə verilən məlumata görə, cənub təmsilçisi ABŞ-dan olan oyunçu Filmon Qebriyit ilə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Basketbolçu bu mövsümün əvvəlində “Lənkəran”a keçmişdi.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının B qrupunda yer alan “Lənkəran” 7 xalla sonuncu – altıncı pillədə qərarlaşıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov