İsveç hökuməti Dünya Bankının himayəsi altında Ukrayna və Moldova üçün böhran fonduna 120 milyon kron (11 milyon dollar) ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə İsveçin xarici ticarət və əməkdaşlıq naziri Benjamin Dusa məlumat verib.
"Dünya Bankı Ukraynada dövlət qulluqçularının maaş və pensiyalarının ödənilməsi, həmçinin enerji və mənzil strukturlarının bərpası kimi mühüm dövlət funksiyalarının saxlanılmasında həlledici rol oynayır. Eyni zamanda, bu vəsaitin ölkədə ibtidai məktəb və gimnaziya təhsilinin gücləndirilməsinə, müəllimlərin ixtisasının artırılmasına və məktəb materiallarının alınmasına kömək edəcəyi gözlənilir", - o bildirib.
Dünya Bankının Ukrayna və Moldovanın bərpası üzrə xüsusi proqramı (Special Program for Ukraine and Moldova Recovery / SPUR) əsasən Ukraynanın tez bir zamanda bərpası və yenidən qurulmasını nəzərdə tutur. Vəsaitin kiçik bir hissəsi təcili büdcə ehtiyaclarının təmin edilməsi və enerji sektorundakı problemlərin həlli üçün Moldovaya ayrılır.