Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AFFA-nın içraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.
O, Azərbaycan yığmasının baş məşqçisi Fernandu Santuşun komandadakı taleyi ilə bağlı danışıb:
"O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir".
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov