Argentina millisinin ulduz futbolçusu Lionel Messi Bakıya səfəri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“İki sahil” xəbər verir ki, o, paylaşdığı videoda Azərbaycanda gördüyü və gəzdiyi yerləri göstərib.
Qeyd edək ki, əfsanəvi futbolçu dostları Luis Suares, Serxio Buskets və Xordi Alba ilə birlikdə Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov