12 dekabr 2024 18:03
210

Portuqaliyalı futbolçu "Yuventus"da qalacaq

"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərar verib.

“İki sahil” xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı yarımmüdafiəçinin transfer hüququnu alacaq. Klubun idman direktoru Kristiano Kuntoli "Football İtalia"ya açıqlamasında bu haqda məlumay verib.

21 yaşlı futbolçunun özünün də komandada qalmaq istədiyi bildirilib.

Qeyd edək ki, "Yuventus" Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü komandada meydana çıxdığı 15 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.