Sərbəst güləş üzrə Azərbaycan millisinin keçmiş üzvü Xızır Durqayev cəzalanıb.
“İki sahil” xəbər verir ki, o, antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib. Karyerasını başa vurmuş güləşçinin qadağan olunmuş dərmanlardan istifadə etdiyi təsdiqlənib. 41 yaşlı idmançının cəzasının müddəti 2024-cü il iyul ayının 18-dən hesablanır.
Qeyd edək ki, X.Durqayev 2007-ci ilə qədər beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov