İnsanlara süni və yanlış gözəllik standartları təlqin edilir.
“İki sahil” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O, sağlam, qüsursuz insanları lazımsız, ziyanlı prosedurlardan uzaq durmağa çağırıb:
"Gəlin gözəllik anlayışını tam anlayaq. Bilirsiniz ki, tələb təklif doğurur. İnsanlar plastik əməliyyatlara meyil edir. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə aparılmalıdır".