Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən ərzaq satışı köşkündə yanğın baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 20 kv.m. olan ərzaq satışı köşkündə yataq dəsti qismən yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlunun meyiti aşkar olunub.
Köşk yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.