Yanvarın 13-də, saat 10:00-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti ilə birlikdə meşə təsərrüfatına dair oduncağın satışı üzrə növbəti dəfə hərrac keçirəcək.
ƏMDX-dan “İki sahil”ə verilən məlumata görə, hərrac qurumun Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca Şamaxı rayonunda saxlanılan, qovaq, söyüd və palıd ağaclarına məxsus 12 oduncaq (işlik) məhsulu çıxarılacaq. Hərracdan əvvəl əlaqəli şəxslə oduncağa yerində baxış keçirilməsi və daşınmasını planlaşdırmaq məqsədəuyğundur.

Bakı Fond Birjası və USACC 2026-cı il üçün əməkdaşlıq strategiyasını müzakirə ediblər
Bəzi məhsulların idxal və ixrac gömrük rüsumlarının qüvvədə olma müddəti uzadılıb
Şahin Mustafayev: "Tərtərçay" sağ sahil kanalında tikinti işlərinə başlanılacaq"