11 dekabr 2024 17:50
286

“SOS” MMC əmək yarmarkasına töhfə verdi - FOTO

“Security Operation Services” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə Xırdalan şəhəri Heydər Əliyev mərkəzində əmək yarmakası keçirilib. 

“İki sahil” xəbər verir ki, yarmarkada 20 müəssisə və 86 vətəndaş iştirak etmişdir.

Bildirilir ki, müraciət edən vətəndaşlarla fərdi qaydada söhbətlər aparılıb, onlara “SOS” MMC-də mühafizəçi peşəsi üzrə boş vakant iş yerlərinə, işə qəbul proseduru ilə bağlı geniş izahlar verilib.

Həmçinin “Özəl mühafizə fəaliyyəti haqqında”qanununun mühafizəçi olmaq istəyən şəxslərə dair normaları onların diqqətinə çatdırılmış və bir neçə vətəndaşın işə qəbulla əlaqədar müraciətləri yerindəcə qeydə alınmışdır.

Gununsesi.info-ya danışan “SOS” MMC-nin rəhbəri Anar Məmmədov bildirib ki, bu cür yarmakalar mütəmadi olaraq davam etdiriləcəkdir: “Security Operation Services” MMC özəl mühafizə şirkəti olaraq, daima öz ənənəsinə sadiqdir. Şirkətimiz işsiz vətəndaşların daimi iş yerləri ilə təmin olunması istiqamətində təşəbbüskarlığını və bu sahədə böyük təcrübəyə malik dövlət müəssisələri ilə əməkdaşlığını davam etdirməkdədir”.

Şirkət rəhbəri onu da vurğulayıb ki, bir neçə gün sonra növbəti əmək yarmarkası da keçiriləcək.

“Vətəndaşların işlə təmin olunması üçün daha bir əmək yarmarkası 14 dekabr, saat 09:30-dan 11:00-dək təyin olunub. Təyin olunmuş növbəti əmək yarmarkası Səbail rayonu, Ü. Hacıbəyov küçəsi 68 ünvanında yerləşən Azərbaycan Pedaqoji Universitetinin inzibati binasında təşkil olunacaqdır”– deyə A.Məmmədov bildirib.

A. Məmmədov vurğulayıb ki, müracət etmək istəyən vətəndaşlar həmin ünvana qeyd olunan saatlarda yaxınlaşa bilərlər.