11 dekabr 2024 18:07
203

Flik cəzalandırıldı

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis La Liqanın 16-cı turunun "Betis"lə oyunundakı (2:2) davranışına görə cəzalandırılıb. O, qırmızı vərəqə alıb və daha sonra hakimlə mübahisə edib.

Bu gün Flik intizam komitəsinin qərarı ilə 2 oyunluq diskvalifikasiya alıb. "Barselona"nın qərardan şikayət etmək üçün 10 günü var.

Xatırladaq ki, "Betis"lə görüşdə Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Frenki de Yonq rəqib hücumçu Vitor Rokaya kobud şəkildə davranmışdı. Ona görə də "Barselona"nın qapısına penalti təyin edilmişdi. Flik bu səbədən matçın baş hakimi Alehandro Ruizlə mübahisə etməyə başlayıb. Referinin rəyində Flikin texniki zonanı tərk etdiyinə, qışqırdığına, jestikulasiya etdiyinə və hakim qərarlarından birinə etiraz etdiyinə görə meydandan qovulduğu bildirilib.