AFFA “Şamaxı” klubundan ayrılan futbolçular Giorgi Kantariyanın və Adil Nağıyevin oyun alqı-satqısında iştirak etmələri ilə bağlı yayılan iddialar barədə açıqlama verib.
AFFA-dan "İki sahil"ə bildirilib ki, həmin məsələ qurumun diqqət mərkəzindədir.
“İctimaiyyətə bu haqda müvafiq araşdırmalar aparıldıqdan sonra geniş məlumat veriləcək”, - AFFA-dan bildirilib.
Qeyd edək ki, “Şamaxı” iki futbolçu ilə müqaviləyə vaxtından əvvəl xitam verib.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov