10 dekabr 2024 15:42
438

Solaxay olmaq HANSI RİSKLƏR YARADIR?

Solaxay olmaq bəzən narahatlıq yarada bilər, lakin heç kim bu təhlükələri bilmir. Solaxayların üzləşdiyi gizli sağlamlıq risklərini təqdim edirik.

Nyu-Yorkda aparılan bir araşdırma göstərib ki, solaxay insanlar müəyyən xroniki xəstəliklərlə, hətta vaxtından əvvəl ölüm riski ilə qarşılaşırlar.

Sol əlinizlə yazmaq müəyyən ciddi psixi pozğunluqlar riski altında olmaq anlamına gələ bilər. Yel Universitetində 2013-cü ildə aparılan tədqiqat çərçivəsində psixi sağlamlıq xəstəxanasında xəstələrin əl bacarıqları araşdırılıb. Tədqiqatçılar şizofreniya xəstələrinin 40 faizinin sol əli ilə yazdığını, cəmiyyətdə isə bu nisbətin cəmi 10 faiz olduğunu bildiriblər. Solaxay olmaq diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu ilə da əlaqələndirilir.
"British Journal of Cancer" jurnalında aparılan bir araşdırmada tədqiqatçılar solaxayların digərlərinə nisbətən döş xərçənginə yoluxma riskinin daha yüksək olduğunu müəyyən ediblər. Demoqrafiya sahəsində 2009-cu ildə aparılan bir araşdırma, solaxay uşaqların sağ əlli həmyaşıdları kimi akademik performans göstərmədiyini ortaya qoyub. Solaxaylar oxuma, yazma, sosial inkişaf və söz ehtiyatı kimi bacarıqlarda daha aşağı nəticə göstəriblər. 

Amerika Sinə Həkimləri Kollecinin araşdırması, solaxayların əzalarının hərəkət pozğunluqları riskinin daha yüksək olduğunu məyyən edib. Bu pozğunluq yuxu zamanı əllərinizin və ayaqlarınızın qeyri-ixtiyari əsməsi ilə xarakterizə olunur.

“Journal of Trauma and Stress” jurnalında aparılan araşdırmaya görə, solaxaylarda qorxu filmlərindən səhnələrə baxdıqdan sonra digərlərinə nisbətən daha çox stress əlamətləri olur. Solaxaylar həmçinin film zamanı və sonrasında daha çox mənfi emosiyalar yaşaya bilirlər. "Journal of Economic Perspectives" yazır ki, Harvard tədqiqatçıları solaxayların maaşlarının sağ əlli həmkarlarından təxminən 9-19 faiz aşağı olduğunu müəyyən ediblər. Solaxayların həmçinin kollecdən ayrılma ehtimalı daha yüksəkdir. 

"Journal of Nervous and Mental Disease" jurnalında aparılan bir araşdırmaya görə, solaxay insanlar daha çox mənfi emosiyalar üzərində dayanırlar və emosiyalarını idarə etmək üçün daha uzun müddətə ehtiyac duyurlar.  Əvvəllər tədqiqatçılar hesab ediblər ki, solaxay insanlar sağ əllilərə nisbətən alkoqolizmə daha çox meyllidirlər. Tədqiqatlar bu əlaqəni təsdiqləməsə də, solaxaylar daha çox içməyə meyllidirlər. "The British Journal of Health Psychology" jurnalında dərc edilən araşdırmaya görə, solaxaylar digər inasanlara nisbətən daha çox spirtli içki qəbul edirlər.

Mədəni və sosial təzyiqlər səbəbindən bir çox solaxay uşaq sağ əli ilə yazmağa və başqa fəaliyyətləri etməyə məcbur olurlar. Bu transformasiya inkişaf etməkdə olan solaxay uşaqda öyrənmə əlilliyi, disleksiya, kəkələmə və digər nitq pozğunluqları da daxil olmaqla problemlər yarada bilər.

Vüsal Cahanov, “İki sahil”