Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tur başlayacaq.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
MOİK - “Xilasedici” görüşü saat 15:00-da, "Azərreyl" - "Gənclər" oyunu saat 17:00-da start götürəcək.
Matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Qeyd edək ki, dekabrın 11-də, saat 15:00-da isə “Murov Az Terminal” ilə "Neftçi" münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov