Bu gün Azərbaycan Basketbol Liqasında VI tura start veriləcək.
“İki sahil” xəbər verir ki, A qrupunda iki qarşılaşma keçiriləcək.
İlk olaraq "Naxçıvan" "Neftçi" ilə üz-üzə gələcək. Oyun saat 15:30-da start götürəcək. Bölgə təmsilçisi 9 xalla ikinci, "ağ-qaralar" 5 xalla sonuncu - altıncı pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Sərhədçi" və "Sabah" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Paytaxt klublarının dueli saat 18:30-da başlayacaq. "Sərhədçi" 8 xalla üçüncü, "bayquşlar" 10 xalla birincidir.
Qeyd edək ki, turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov