“Sabah”ın futbolçusu Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi “Turan Tovuz”un futbolçusu Denis Marandiçini ziyarət edib.
“İki sahil” xəbər verir ki, o, bununla bağlı instaqram hesabında paylaşım edib.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb. Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov