İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
“İki sahil” xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Ferland Mendi sıradan çıxıb.
Fransalı futbolçu La Liqanın 17-ci turunun "Jirona" ilə matçında (3:0) sağ ayaq əzələsindən zədələnib. 29 yaşlı sol cinah müdafiəçisi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Real" Ferland Mendini 2019-cu ilin yayında "Lion"dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov