Super Liqa təmsilçilərindən "Kasımpaşa" 2024/25 mövsümündə Ziraat Türkiyə Kubokunda iştirak etməmək qərarına gəlib.
“İki sahil” Türkiyə Futbol Federasiyasına (TFF) istinadla xəbər verir ki, "Kasımpaşa"nın bu mövsüm kubokda iştirak etməyəcəyi rəsmiləşib.
TFF-nin müvafiq idarə heyətinin bu vəziyyətlə bağlı lazımi qiymətləndirmələri aparacağı bildirilib.
Xatırladaq ki, TFF bundan öncə "Fənərbaxça"nın da bu mövsüm Ziraat Türkiyə Kubokunda iştirak etməyəcəyini açıqlamışdı.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov