"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer yeni rekorda imza atıb.
"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 15-ci turunda "Tottenhem"ə 2 qol vurmaqla nail olub.
22 yaşlı futbolçu 2024-cü ildə İngiltərə Premyer Liqasında 25 qola və 13 qol ötürməsinə imza atıb. Nəticədə Palmer "Çelsi"nin tarixində 1 il ərzində ən çox məhsuldar hərəkət edən futbolçu olub.
Ümumilikdə, Palmer İngiltərə çempionatında "Çelsi"nin heyətində 48 oyunda 33 qola və 17 qol ötürməsinə imza atıb. Onun klubla hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" internet portalı Koulun transfer dəyərini 90 milyon avro qiymətləndirir.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov