Misli Premyer Liqasının XVI turunda “Zirə”yə 0:4 hesabı ilə uduzan “Kəpəz” 39 qol buraxıb. Bu göstərici son 16 mövsümün antirekordudur. 2009-cu ildən indiyədək heç bir komanda ilk 16 oyunda bu qədər top buraxmayıb.
“İki sahil”in Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, daha çox qola üzülən sonuncu komandaya 2008/09 mövsümündə təsadüf olunub. Həmin vaxt “Bakılı” 16 görüşdə 41 dəfə topu qapısında görüb.
Qeyd edək ki, tarixin antirekordu isə 1996/97 mövsümünün 16 turunda 82 qol (texniki məğlubiyyətə görə verilən 0:3 hesabı nəzərə alınmadan) buraxan “Şəmkir”ə məxsusdur.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov