Türkiyə superliqasında 15-ci turun oyunları davam etdirilib.
“İki sahil” xəbər verir ki, lider “Qalatasaray” “Sivasspor”un qonağı olub. Matç Okan Burukun komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sivasspor” - “Qalatasaray” - 2:3
Qollar: Rodriges, 25 (1:0), Yunus Akgün, 36 (1:1), Osimhen, 45+9-pen. (1:2), Barış Alper Yılmaz, 53 (1:3), Boke, 90+1 (2:3)
14 oyundan sonra xalını 38-ə yüksəldən “Qalatasaray” liderliyini daha da gücləndirib. İkinci pillədə qərarlaşan “Fənərbaxça”nın 14 oyundan 32 xalı var. İlk üçlüyü 15 matçdan 29 xal toplayan “Samsunspor” tamamlayır.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov