Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.
“İki sahil” xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
Əvvəlcə “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Günün digər oyunu “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq.
Daha öncə “Səbail” “Araz-Naxçıvan”a uduzub (0:2), “Sabah” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.
Premyer Liqa
16-cı tur
8 dekabr
16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
Tovuz şəhər stadionu.
18:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov