06 dekabr 2024 17:06
209

"Formula 1": Çin Qran-prisi ilə müqavilənin müddəti uzadılıb

"Formula 1" Çin Qran-prisi ilə müqavilənin müddətini uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Nəticədə Şanxaydakı mərhələ 2030-cu ilədək yarış təqvimində qalacaq.

Qeyd edək ki, cari mövsüm Çin Qran-prisi aprelin 19-21-i aralığında baş tutub.