"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"Mançester Siti" 23 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır. Futbolçu ilə "Barselona" və "Real" da maraqlanır. Lakin "şəhərlilər" transfer uğrunda mübarizədən qalib ayrılmaq üçün israrlıdırlar.
"Mançester Siti"nin rəhbərliyi Xviçanın yarımmüdafiə xəttini gücləndirəcəyinə inanır. Klub gürcüstanlı oyunçunun komandanın böhrandan çıxmasına kömək edəcəyini düşünür.
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin iyulundan "Napoli"də çıxış edir. O, bu mövsüm 16 oyun keçirib, 5 qol vurub və 3 qolun ötürməsini verib. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov