İspaniyanın "Barselona" klubu Almaniya millisinin və "Bayer 04"ün futbolçusu Conatan Taya təklif göndərib.
“İki sahil” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Kataloniya təmsilçisi müdafiəçini 2025-ci ilin yayında azad agent kimi heyətinə qatmaq niyyətindədir. "Barselona" 28 yaşlı oyunçunu transfer etmək istəyən "Bavariya"nı qabaqlayıb və tərəflər arasındakı danışıqlar irəliləyib.
Artıq klubun idman direktoru Deku və baş məşqçi Hans-Diter Flik futbolçunun agenti Pini Zahavi ilə görüşüblər. Görüşə müdafiəçinin özü də qatılıb.
Qeyd edək ki, Conatan Tanın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov