İtaliyanın "A" seriyasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Ötən ayın ən yaxşısı adına "Fiorentina"nın futbolçusu Moyze Kin layiq görülüb.
24 yaşlı hücumçu səsvermədə Alessandro Bonjorno ("Napoli"), Federiko Dimarko ("İnter"), Ademola Luqman ("Atalanta"), Kefren Turam ("Yuventus") və Mattia Zakkanini ("Latsio") qabaqlayıb.
Qeyd edək ki, Kin noyabr ayında A seriyasında 3 matça çıxıb və 5 qol vurub. O, bu ilin yayından "Fiorentina"da oynayır.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov