PSJ qapıçısı Canluici Donnarumma ilə yeni müqavilə imzalamaq üçün apardığı danışıqları dayandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Paris təmsilçisinin rəhbərliyi futbolçunun hazırkı səviyyəsinin onun tələb etdiyi maaşa uyğun olmadığını düşünür.
25 yaşlı qolkiper yeni müqavilə üçün razılıq əldə olunmayacağı təqdirdə klubdan ayrılmağa hazırdır. Daha əvvəl onun "Milan"a qayıtmaq istədiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Donnarumma 2021-ci ildən PSJ-də oynayır. O, bu mövsüm komanda ilə bütün yarışlarda 12 matça çıxıb, 14 qol buraxıb. İtaliyalı futbolçunun klubla müqaviləsi 2026-cı il iyun ayına kimi nəzərdə tutulub.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov