Portuqaliyanın "Sportinq" klubunun və İsveç millisinin futbolçusu Viktor Dyekereş 2024-cü ildə 60-cı qolunu vurub.
“İki sahil” xəbər verir ki, hücumçu bunu Portuqaliya çempionatının XIII turunda "Moreyrense" ilə matçda gerçəkləşdirib.
V.Dyekereş "Sportinq"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşün 12-ci dəqiqəsində fərqlənib. O, 60 qoldan onunu millinin heyətində vurub.
Qeyd edək ki, "Sportinq" hazırda 33 xalla Portuqaliya çempionatının turnir cədvəlində liderdir. V.Dyekereş 17 qolla bombardirlər siyahısına başçılıq edir.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov