05 dekabr 2024 17:34
189

AFFA hakimləri təhqir edən baş məşqçiləri 5 oyunluq cəzalandırıb

AFFA hakimləri təhqir edən baş məşqçiləri 5 oyunluq cəzalandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Dekabrın 1-də Gənclər Liqasında keçirilən “Sumqayıt” - “Zirə” oyununda meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyunluq cəzaya məruz qalıb.

AFFA U-14 Liqasında keçirilən “Çinar” –”Azəri” oyununda isə “Çinar”ın baş məqşçisi Elçin Quziryani hakimlər briqadasını təhqir etməklə yanaşı, texniki zona qaydalarını pozduğu, həmçinin referilərə fiziki təzyiq etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığına görə 5 oyun diskvalifikasiya edilib.