Bakıda məktəbdə şagird yoldaşını bıçaqlayan yeniyetmə saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən orta məktəbin 10-cu sinif şagirdinin digərinə kəsici alətlə xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.
Hazırda Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Diplomatlar Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar