Türkiyənin “Ümraniyespor” klubunun baş məşqçisi Tuncay Şanlı ilə yollar ayrılıb.
“İki sahil” xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Ümraniyespor” hazırda 19 xalla 11-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Tuncay Şanlı bu ilin iyun ayından "Ümraniyespor"u çalışdırırdı. Türkiyə millisinin keçmiş hücumçusu bundan əvvəl "Sakaryaspor"un baş məşqçisi olub.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov