İtaliya mediasında Riqa Texniki Universitetinin tələbəsi Mehran Camalxanlının Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məqaləsi dərc olunub.
“İki sahil” xəbər verir ki, yazıda tədbirin əhəmiyyətindən bəhs edən müəllif konfransın iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmaq və ekoloji problemlərin qarşısını almaq üçün mühüm platforma rolunu oynadığını vurğulayıb. Bəzi Qərb ölkələri tərəfindən COP29-a qarşı aparılan boykotun nəticəsiz qaldığı diqqətə çatdırılıb.
Məqalədə zəngin təbii resurslarına baxmayaraq, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə ciddi addımlar atdığı qeyd olunub. Həmçinin ölkəmizin COP29 çərçivəsindəki fəaliyyətinin qlobal enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfədən bəhs edilib.
COP30: Braziliya Paris Sazişinin Qlobal Qiymətləndirmə İcmalının razılaşdırılmasını Azərbaycana həvalə edib
COP30-da COP29 Prezidentliyinin təşəbbüsü ilə İqlim şəffaflığına həsr olunmuş yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib
Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30-da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur