Bu gün qadın voleybolçular arasında Yüksək Liqaya start veriləcək.
“İki sahil” xəbər verir ki, I turun bütün qarşılaşmaları eyni gündə keçiriləcək.
Matçlar Bakıda və Gəncədə baş tutacaq.
İlk olaraq "Gəncə" doğma azarkeşləri önündə "Abşeron"la üz-üzə gələcək. Görüş saat 14:00-da start götürəcək.
Saat 15:00-da "Milli Aviasiya Akademiyası" - "Azərreyl", saat 17:00-da isə "Murov Az Terminal" - UNEC oyunu başlayacaq.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov