"Mançester Siti"nin kapitanı Kevin De Bröynenin komandadan ayrılacağı ilə bağlı iddialar ortaya atılıb.
“İki sahil” xəbər verir ki, onun karyerasını "Barselona"da davam etdirə biləcəyi deyilir.
Belçika millisinin üzvü üçün "Barsa"nın geriçevrilməz müqavilə təklif edəcəyi bildirilir.
De Bröynenin də Hans-Diter Flikin komandasında oynamağa müsbət yanaşdığına dair fikirlər var.
Azərbaycanın fiqurlu konkisürmə üzrə heyətinin sıralarına daha bir yeniyetmə idmançı cəlb olunub
Milli formanı geyinəndə artıq təkcə özün üçün deyil, bütün Azərbaycan üçün mübarizə aparırsan - Nihad Qasımov